ad - Vikilüğət Məzmuna keç

ad

Wiktionary saytından

azərbaycanca: ad

İsim Tək Cəm
Adlıq halı ad adlar
Yiyəlik halı adın adların
Yönlük halı ada adlara
Təsirlik halı adı adları
Yerlik halı adda adlarda
Çıxışlıq halı addan adlardan

Mənalar :

  1. Doğulduğu zaman adama verilən şəxsi isim.
  2. Şöhrət // Bir adam haqqında əmələ gəlmiş ümumi rəy.
  3. Bir şeyin şifahi işarəsi. Kitabın adı. Bitkinin adı.
  4. Hər hansı bir iş sahəsində ixtisası və ya xidməti vəziyyəti müəyyən edən rəsmi rütbə, ünvan.
  5. Məcazi məna: Əsas, bəhanə, səbəb mənasında. ..İndi sənin mənə badalaq qurmağının heç adı yoxdur. Ə.Haqverdiyev. ◊ Ad almaq – bax ad qazanmaq (çıxarmaq). Sən də igidlər kimi iş gör, ad al! M.Ə.Sabir. Ad batırmaq – nüfuzdan düşmək, etibardan düşmək, hörmətdən düşmək (salmaq). Ad eləmək (etmək) – 1) bax ad qazanmaq (çıxarmaq). Seyyidibəxti qəranı gər məlalımdır desən; Ey adın qurbanı, mən aləmdə bir ad eylərəm. S.Ə.Şirvani; 2) adaxlamaq, nişanlamaq. Vay o gündən ki, məni ad elədiz; Elə bildiz də ki, dilşad elədiz. M.Ə.Sabir. Qardaşlar bu iki uşağı bir-birinə körpə vaxtlarından ad etmişdilər. S.S.Axundov. Ad qazanmaq (çıxarmaq) – şöhrət qazanmaq, məşhur olmaq. Yaxşılıqda ad qazanmaq. Pislikdə ad çıxarmaq. O, fizika sahəsində böyük ad qazanmışdır. – Otuz il qoymuşdu can balıqçı gəmisində; Ad qazanmışdı Qurban balıqçı gəmisində. S.Rüstəm. Ad qazanmış – şöhrət tapmış, tanınmış, məşhur. Zərgər Hacı Məhəmməd öz sənətində ad qazanmış bir adam idi. H.Sarabski. Ad qoymaq – 1) yaxşı işləri ilə adını əbədiləşdirmək, şöhrət qazanmaq (bu mənada “ad qoyub getmək” şəklində də işlənir). Yetişdi sahilə köhnə tərlanım; Tarixdə ad qoyan o qəhrəmanım. S.Vurğun; 2) böhtan atmaq, ləkələmək, biabır etmək, bədnam etmək. Ad olmaq – nişanlanmaq, adaxlanmaq. Nazlı dilbər özgələrə ad olsa; İşim-gücüm nalə olsa, dad olsa; Dəli könlüm dost kuyindən yad olsa; Kəsilərmi bu qafqafa, görəsən? Q.Zakir. [Şahbaz bəy:] Özün bilirsən ki, [Nəcibə] sənə ad olubdur. S.S.Axundov. Ad tutmaq (çəkmək) – söhbət zamanı yeri gəlmişkən birinin adını çəkmək, haqqında danışmaq. // Yada salmaq, xatırlamaq. Şəhərdə nə çoxdu yurdsuz-yuvasız uşaq, üzünə baxan kimdi? Adını tutan, yaxına qoyan kimdi? Mir Cəlal. Ad vermək – 1) çuğullamaq, şeytanlamaq, xəbərçilik etmək; 2) qiymətləndirmək. Buna nə ad vermək olar? Adı anılmaq (söylənmək) – xatırlanmaq. Adı batmaq – şöhrətdən, nüfuzdan düşmək, rüsvay olmaq, biabır olmaq. Atalar oğul istər ki, adı batmasın. Adı çəkilmək – 1) bax adı anılmaq. Yuxu, həsrətlə adı çəkilən şeylərdən biridir. Mir Cəlal; 2) namizədliyi qoyulmaq. Adı çıxmaq – şöhrət qazanmaq, məşhur olmaq (bəzən mənfi mənada işlənir). [Laçının] kənd uşaqları arasında adı çıxmışdı. M.Hüseyn. Adı dillərdə dastan olmaq (söylənmək) – məşhur olmaq, şöhrət qazanmaq. Fənalıq, eyilik bil nə deməkdir; Yarın adın dastan olur dillərdə. H.Cavid. [Erkək Tükəzban] ümumi mahalda özünə bir şöhrət qazanıb, adı dillərdə söylənməkdə idi. B.Talıblı. Adı qalmaq – özündən sonra yaxşı bir iş, əsər qoyub getməklə adı əbədiləşmək. Adı qara gəlmək – ölmək, yası tutulmaq. Adı pis çıxmaq – pis ad çıxarmaq, pislikdə adı söylənmək. Adı var, özü yox – yalnız sözdə olub həqiqətdə mövcud olmayan şey haqqında. Adı yanmaq – bax adı batmaq. Adın batsın! – nifrin, qarğış məqamında işlənən ifadə. Zülmkar ismi ilə aləmə oldun məşhur; Yeri, ey çərx, adın batsın, əcəb ad etdin. S.Ə.Şirvani. Adına dəyməz – adına, mövqeyinə yaraşmaz. Yaman ad – 1) pis ad, şərəfsizlik, bədnamlıq; 2) bəzən böyük ad, şöhrət mənasında işlənir.

Dünya xalqlarının dillərində

[redaktə]

Ural-Altay dil ailəsi: Türk qrupu

[redaktə]

latınca:ad (la)- azərbaycanca:ilə (la), yanında (la), üçün (la)

Macar dili

[redaktə]

macarca:ad (hu)- azərbaycanca:vermək (hu)