Tibb — Vikisitat Məzmuna keç

Tibb



A B C Ç D E Ə F G H X  İ   J  K Q L M N O Ö P R S Ş T U Ü V Y Z


  • Anam həyatdan köçməmiş onun iradəsinə qarşı çıxmaq istəmirdim, amma o, həyatdan köçən kimi bütün tibb kitablarımı tulladım. Rual Amundsen
  • Əgər müşahidə edə bilmirsinizsə, tibb bacısı olmaqdan imtina edin. Florens Naytingel
  • Gələcək -spirtli maddələrin istehsalında yalnız tibb sahəsinin ehtiyacları ilə kifayətlənə biləcək xalqlara məxsusdur. Artur Bullard
  • Gimnastika tibbin müalicəvi bir hissəsidir. Platon
  • Həkim filosofdur. Çünki, müdriklə tibb arasında böyük bir fərq yoxdur. Hippokrat
  • Xəstəlik, vücuddakı pozğunluğu aradan qaldırmaq məqsədi ilə təbiətin özü bir müalicə agentidir; bu səbəbdən tibb yalnız təbiətin sağalma gücünün köməyinə gəlir. Artur Şopenhauer
  • Məncə, tibb inkişaf edir. Gəncliyimdə həkimə gedəndə həmişə soyunmaq lazım gəlirdi. İndi dilimi göstərmək kifayət edir. Faina Ranevskaya
  • On dörd yaşım olanda atamı itirdim. O gündən sonra, anamım arzularını gercəkləşdirmək üçün həyatımı tibbə həsr etməyi qərarə aldım. Rual Amundsen
  • Tibb bütün sənətlərdən ən nəcibidir. Hippokrat
  • Tibb elmi xəstəlikləri populyarlaşdırır, onları kütləvi edir. Saltıkov-Şedrin
  • Tibb sənəti, təbiət xəstəliyi sağaldana kimi vaxtını keçirməyə xəstəyə kömək etməkdən ibarətdir. Volter
  • Tibb üçün sizin kimi donorlar yetişdirmək başqa bir şeydir. Bəs cəmiyyətdə ən yaxşı yerləri tutacaq süni uşaqlardan ibarət olan nəsil? Bütün rəqiblərindən üstün olan uşaqlar? Yox, belə olmaz. Bu insanları qorxuzdu. Onlar dəhşət içində uzaqlaşdılar. Kazuo İşiquro
  • Tibbin təsirliliyi inamsızlıqla zəifləyir, ümidlə möhkəmlənir. Pyer Büast
  • Tibbin yolu latın dili olmadan keçilməzdir. Latın atalar sözləri

İstinadlar

[redaktə]