Vikipediya:Kənd meydanı

Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 gün öncə, Zohrab javad tərəfindən "Mənbələrin müzakirəsi" mövzusunda
Naviqasiyaya keç Axtarışa keç


Vikipediya:Təmiz başlanğıc

[mənbəni redaktə et]

Salam. Planımda olan qaydalardan daha birini hazırlaya bildim nəhayət. Hər birinizi müzakirəyə dəvət edirəm, ardınca səsverməyə çıxaracağam. Hörmətlə, Qədir (müzakirə) 10:42, 23 sentyabr 2024 (UTC)Cavabla

Təşəkkür edirəm qayda üçün. Keçən dəfə bu barədə müzakirə gedirdi, yaxşı oldu bunun tərcümə olunmağı. Şiroi Akuma 15:17, 24 sentyabr 2024 (UTC)Cavabla
Dəstəkləyirəm. --► Hörmətlə: SolaVirum 14:59, 28 sentyabr 2024 (UTC)Cavabla
Şərh Şərh: Dəstəkləyirəm. Redivy (müzakirə) 15:35, 14 oktyabr 2024 (UTC)Cavabla

White Demon, Solavirum, ✅Y müvafiq səsvermə başladıldı. Müddət 25 gün təyin olunmuşdur. Hörmətlə, Qədir (müzakirə) 11:13, 29 sentyabr 2024 (UTC)Cavabla

@Gadir, 25 niyə? 15 gün özü belə çoxdur, o ki qala 25. 1 həftə və ya 10 gün kifayətdir. samral müzakirə 04:50, 3 oktyabr 2024 (UTC)Cavabla
Samral, aktivliyə və marağa görə, həmçinin digər səsvermələri də nəzərə alaraq rahat olsun deyə 25 gün seçmişəm, həm də digər qaydalardan daha uzundur bu. VP:SV-də 7, 15, 25 gün seçimləri var. Məncə, müddətin uzun olması problem deyil. Hörmətlə, Qədir (müzakirə) 10:50, 3 oktyabr 2024 (UTC)Cavabla

Mənbələrin müzakirəsi

[mənbəni redaktə et]

Salamlar. Belə bir səhifə tərtib etməyi düşünürəm. Burada, əsasən, mübahisəli mənbələrin etibarlı olub-olmadıqları və səhifələrdə istifadələrinə icazə verilib-verilməyəcəyinə arqument və müzakirə ilə qərar veriləcək. Fikirləriniz nədir? Hörmətlə, Qədir (müzakirə) 09:48, 12 oktyabr 2024 (UTC)Cavabla

Aktivlik yoxdu, indiki vəziyyətdə mənasızdı. Eləmək istiyirsənsə buyur, amma enerjini başqa şeylərə sərf eləməyi məsləhət görürəm. — Bikar müzakirə 10:28, 12 oktyabr 2024 (UTC)Cavabla
Ümumiyyətlə mənbələri kateqoriyalaşdırmaq yaxşı olardı. Etibarlı və əksi olan mənbələri rahatlıqla müəyyən etmək üçün. Ümumi bir siyahı hazırlayıb qəbul etmək də olar. Sonra hər hansı bir dəyişiklik və əlavəni burada da müzakirə edib təsdiqləmək olar. Ümumiyyətlə az-viki kiçikdir deyə, çox səhifə bölgüsü olanda istifadəçi aktivliyi çox olmur. İstər-istəməz hamı bir yerdə toplaşır. Ona görə də hələlik KM-da da müzakirə edilib təsdiqlənə bilər. Turkmen müzakirə 07:21, 16 oktyabr 2024 (UTC)Cavabla
Məncə ehtiyac yoxdur. Onsuz da mənbə qıtlığı var AzMediada və ümumən Azərbaycanda. Bəzən ürəyim partlayır ən adi şeylərə mənbə tapa bilmirəm. N qədər bloq var ki, bir çox saytlarımızdan yaxşıdı, amma qaydalara ziddir deyə mənbə kimi istinad edə bilmirik məsələn. Həmçinin Azərbaycanın ən reytinqli, ən məşhur 10 xəbər saytına baxsaq görərik ki, onlar belə etibarsız mənbə saya biləcəyimiz məlumat/xəbər dərc edir. Dövlət qurumlarımız belə yalan, qeyri-dəqiq məzmun dərc edir hətta. İndi biz bu kimi mənfi hallara görə o mənbələri tamam etibarsız qəbul etsək, sonra çox çətinlik çəkəcəyik. Məsələn EnViki “DailyMail”, “Sputnik” və s. bu kimi bir çox saytı etibarsız hesab edir və o saytların heç başqa etibarlı mənbədən copy-paste etdiyi xəbərə belə istinad etmir. O saytların adını yazanda səhifə birbaşa xəta verir, spam kimi qəbul edir. Amma biz bunu edə bilmərik. Çünki onsuz da azdı bizdə məsələn “Sputnik” kimi xəbər portalı və ya informasiya agentliyi. Məcburuq ki, 1-1 xəbərlərin, məlumatların özünə diqqət edək. samral müzakirə 03:02, 18 oktyabr 2024 (UTC)Cavabla
@Samral ilə razıyam. Reallığa uyğun deyil. Zohrab javad (müzakirə) 06:20, 18 oktyabr 2024 (UTC)Cavabla

Vikipediya:Yardım masası

[mənbəni redaktə et]

Salam. Belə bir səhifə yaratdım. Yeni, həmçinin təcrübəsiz, yaxud təcrübəsi az olan istifadəçilər Vikipediyanın istifadəsi və redaktə etmə ilə bağlı suallarını, eləcə də bura və VP:İM-yə aid olmayan sualları orada verəcəklər, bir növ mentorluq səhifəsi də deyə bilərik. Elə özümüz də bura aid olmayan mövzuları orada qeyd edə və digər təcrübəli istifadəçilərin fikirlərini ala bilərik. Ana səhifənin başlığına əlavə etməyi də təklif edirəm. Fikirləriniz maraqlıdır. Hörmətlə, Qədir (müzakirə) 23:22, 13 oktyabr 2024 (UTC)Cavabla

Heç kimin istifadə etməyəcəyi səhifələr siyahısına biri də əlavə olundu. Nemoralis (müzakirə) 07:57, 14 oktyabr 2024 (UTC)Cavabla
İstifadəli hala gətirək də, əlimizdə deyil?)) Hörmətlə, Qədir (müzakirə) 11:48, 14 oktyabr 2024 (UTC)Cavabla
əməyiniz üçün təşəkkürlər, amma bu tip səhifələr azviki üçün uyğun olmur. boşa səhifə kolleksiyası yaradır. misal üçün VP:Ş. zorla orda da nəsə olsun deyə ordan-burdan mövzu tapıb daşıyırıq ora. Atakhanli (müzakirə) 21:05, 14 oktyabr 2024 (UTC)Cavabla
Diqqətiniz üçün təşəkkür edirəm. Açığı, mən VP:Ş-ni əhəmiyyətsiz hesab etmirəm. Çətini alışana qədərdi, təcrübəli istifadəçilər də tez alışar, elə güman edirəm ki, artıq o səhifədən icmanın tamamilə xəbəri var və istifadə olunur. Dediyinizə qayıdası olsaq, bəli, mən əvvəllər bloklama, mühafizə, KM üçün bölmələr və s. üçün müxtəlif səhifələr təklif edirdim və onda indikindən daha aktiv idi vikimiz, amma indi artıq o səhifələrin bir mənası olacağını düşünmürəm. Bu səhifənin məqsədi; əsas yeni və təcrübəsi az istifadəçilərin suallarına cavab tapacağı məkan yaratmaqdır. Bir də arada özümüz də kiçik məsələləri KM yerinə ora yazarıq (ayrıca səhifə yaratmadım, elə burada yazarıq). İM-nin öz mahiyyəti var, KM-nın da elə. İndi bu səhifə işə düşsə digər iki səhifə təyinatı üzrə istifadə olunacaq və necə gəldi əlavə başlıqlarla dolmayacaq. Ümid edirəm ki, fikirlərimi yetərincə aydın izah edə bildim. Hörmətlə, Qədir (müzakirə) 21:23, 14 oktyabr 2024 (UTC)Cavabla
Belə bir şablon da yaratmışam: {{başlıq həll edildi}}. Hörmətlə, Qədir (müzakirə) 21:26, 14 oktyabr 2024 (UTC)Cavabla
@Gadir, bizdən və TrVikidən başqa hansı vikidə VP:Ş və ya oxşarı var? samral müzakirə 02:51, 18 oktyabr 2024 (UTC)Cavabla

Preliminary results of the 2024 Wikimedia Foundation Board of Trustees elections

[mənbəni redaktə et]

Hello all,

Thank you to everyone who participated in the 2024 Wikimedia Foundation Board of Trustees election. Close to 6000 community members from more than 180 wiki projects have voted.

The following four candidates were the most voted:

  1. Christel Steigenberger
  2. Maciej Artur Nadzikiewicz
  3. Victoria Doronina
  4. Lorenzo Losa

While these candidates have been ranked through the vote, they still need to be appointed to the Board of Trustees. They need to pass a successful background check and meet the qualifications outlined in the Bylaws. New trustees will be appointed at the next Board meeting in December 2024.

Learn more about the results on Meta-Wiki.

Best regards,

The Elections Committee and Board Selection Working Group


MPossoupe_(WMF) 08:25, 14 oktyabr 2024 (UTC)Cavabla

Bərpa üçün namizəd olan səhifələr.

[mənbəni redaktə et]

Hər kəsə salam olsun ümumiyyətlə problemlər çoxdur. Qeyd edirəm əsasən BNSdə problem var 4-5 aydan çox müzakirədə qalan məqalələr var. Nə müzakirədə iştirak edən var nədə ki məqalələr qalıb elə müzakirədə yekunlaşdırmalar olmur. Silinməyə namizəd səhifələrdə də eyni qaydada həddən çox məqalələr var. Bir az öncə elə BNS-ə baxırdım həqiqətən 5 ayı tamam olan məqalələr var. → Hersoq01 (müzakirə) 06:42, 15 oktyabr 2024 (UTC)Cavabla

BNS-də iştirak edənlərin yoxluğundan şikayətçisiniz ancaq indiyə qədər ordakı heç bir müzakirədə iştirak etməmisiniz. Özünüzdən şikayət edirsiniz? Nemoralis (müzakirə) 10:35, 15 oktyabr 2024 (UTC)Cavabla
@Nemoralis istifadəçi səhifəmdə də qeyd etmişəm fəaliyyət mövqeyimi oxumağa dəvət edirəm - Hersoq01 (müzakirə) 11:55, 15 oktyabr 2024 (UTC)Cavabla
İstifadəçi səhifənizdə bu gün qeyd etmisiz. Və sualıma cavab vermədiz. Nemoralis (müzakirə) 11:56, 15 oktyabr 2024 (UTC)Cavabla
@Nemoralis xeyr özümdən şikayət etmirəm. BNS-dəki 5 aydan çox qalan məqalələrin yekunlaşdırilmaması üçün qeyd etmişəm əsas məsələ qalıb qıraqda bu tip sualların məsləyə nə aidiyyatı var onu anlamdım burada mənim iştirak edib etməməyimdən getmir söhbət. Əgər öz fəaliyyətim barədə şikayət etsəm sizə məlumat verəcəyəm bu barədə rahat olun - Hersoq01 (müzakirə) 12:03, 15 oktyabr 2024 (UTC)Cavabla
Şəxsən mənim BNS-dəki müzakirələri yekunlaşdırmama səbəbim iştirak az olduğu üçün marağın az olmasıdır. Birinci şərhinizdə yazmısınız ki "Nə müzakirədə iştirak edən var nədə ki...". Axı müzakirələrdə iştirak etməyənlərdən biri də sizsiz? Nemoralis (müzakirə) 14:18, 15 oktyabr 2024 (UTC)Cavabla
Bura könüllü layihə olduğu üçün 1-2 il çəkməsi də normaldır, baxmayaraq ki, bizdə o qədər çəkmir. Siz narahat olmayın, vaxt-vaxt inzibatçılar nəzər yetirirlər sözügedən səhifəyə də. SNS-də iştirakın az olması yekunlaşdırma işlərinə təsir edir, subyektivlikdən çəkinmək çətinləşir. Bu arada, bu növ müraciətləri birbaşa inzibatçıların səlahiyyətində olduğu üçün VP:İM-ə etməyinizi xahiş edirəm. Hörmətlə, Qədir (müzakirə) 18:48, 15 oktyabr 2024 (UTC)Cavabla
@Gadir, əslində inzibatçı olmayanlar da yekunlaşdıra bilər. Məqalə müzakirə zamanı Qaralama ad fəzasında bərpa olunubsa yekunlaşmadan sonra adını əsas ada daşıya da bilər. samral müzakirə 02:54, 18 oktyabr 2024 (UTC)Cavabla

Seeking volunteers to join several of the movement’s committees

[mənbəni redaktə et]

Each year, typically from October through December, several of the movement’s committees seek new volunteers.

Read more about the committees on their Meta-wiki pages:

Applications for the committees open on 16 October 2024. Applications for the Affiliations Committee close on 18 November 2024, and applications for the Ombuds commission and the Case Review Committee close on 2 December 2024. Learn how to apply by visiting the appointment page on Meta-wiki. Post to the talk page or email cst@wikimedia.org with any questions you may have.

For the Committee Support team,

-- Keegan (WMF) (talk) 23:07, 16 oktyabr 2024 (UTC)Cavabla

İstifadəsiz qalan hüquqlar

[mənbəni redaktə et]

Bir daha salam dəyərli icma. İstifadəsiz qalan hüquqlar çoxdur. Təklif edirəm ki 3-5 ay istifadə olunmayan və yaxud az istifadə edilən hüquqlar istifadəçilərdən alınsın yada ki xəbərdarlıq edilsin əgər istifadə olunmayacaqsa o zaman hüquqlar geri alınsın → Hersoq01 (müzakirə) 13:48, 17 oktyabr 2024 (UTC)Cavabla

Nümunə? --► Hörmətlə: SolaVirum 15:28, 17 oktyabr 2024 (UTC)Cavabla
Mən razı deyiləm, inzibatçı hüquqlarının öhdəliklərini lazımınca yerinə yetirmədiyi halda statusunu qoruyub saxlayan istifadəçilər olduğu halda, bu, ədalətli olmaz. Bir də inzibatçı hüququ daha çox məsuliyyət tələb edir, digər hüquqların müqayisəsi dəxlisizdir. Bu barədə qəbul olunmuş siyasətimiz də yoxdur. Misal, trvikidə qeyri-aktiv patruldan onun statusunu almırlar, çünki siyasətlərində belə bir şey yoxdur (baxmayaraq ki, onlarda patrul daha çox məsuliyyət tələb edən hüquqdur). Hörmətlə, Qədir (müzakirə) 15:32, 17 oktyabr 2024 (UTC)Cavabla