Vikipediya:İnzibatçılara müraciət — Vikipediya Məzmuna keç

Vikipediya:İnzibatçılara müraciət

Mövzu əlavə et
Vikipediya, azad ensiklopediya
Ən son rəy:1 gün öncə, Gadir tərəfindən "Blok" mövzusunda


Qısa keçid yönləndirmə
Zəhmət olmasa, aşağıdan yeni mövzu əlavə edin

İstifadəçi: Festinalente14

[vikimətni redaktə et]

Salam, zəhmət olmasa, ermənicə vikipediyadan olan bu istifadəçinin redaktələrini gözdən keçirin. Sofia (müzakirə) 01:56, 15 fevral 2025 (UTC)Cavabla

Süzgəc

[vikimətni redaktə et]

Nəzakətsiz sözlər/cümlələr və s. üçün süzgəc yaradılıb? Çünki minlərlə insanın oxuduğu səsvermə səhifəsində kiminsə başqası haqqında "inzibatçılığa layiq deyil" kimi ifadələr işlətməsi doğru deyil. Sofia (müzakirə) 16:07, 17 fevral 2025 (UTC)Cavabla

Var. Səsvermədə adi səs də qəbul edilir, amma əks səslər/mövqelər əsaslandırılsa doğru olar: VP:İNİEÇA. Hörmətlə, Qədir (müzakirə) 18:51, 17 fevral 2025 (UTC)Cavabla

Süzgəc 2

[vikimətni redaktə et]

Axır vaxtlar bir neçə məqalədə, bu linkin istinad kimi əlavəsi ilə qarşılaşıram.

Bikar müzakirə 07:35, 19 fevral 2025 (UTC)Cavabla

Samralın növbəti qeyri-konstruktiv davranışı

[vikimətni redaktə et]

Salam. Samral burada işlətdiyi "Mən 2003-cü ildə futbola, 2004-də futzala baxanda indi fəal olan əksər viki istifadəçiləri heç dünyaya gəlməmişdi", "...özünüzü Vikipediyadakı YAP funksioneri kimi, hökumət/iqtidar nümayəndəsi kimi aparmayın, lütfən. Bilmirəm təzə işə düzəlmisiz, nə məsələdisə neçə aydı fəaliyyətinizdə mənfi yöndə dəyişiklik var" kimi ifadələri ilə Nəzakət qaydalarının 1-d (digər istifadəçini aşağılamaq) və 2-a (istehza və ya sataşma) bəndlərini pozub. Hörmətli inzibatçılardan xahiş edirəm istifadəçi barədə artıq uyğun tədbir görsünlər. Bu, ilk dəfə deyil ki, istifadəçi mənimlə bu tonla, belə kobud və aşağılayıcı formada danışır. Daha əvvəl mənimlə təhdid edici üslubda da danışıb ("Əks halda məsləhətləşdikləriniz də kömək edə bilməyəcək"), əsassız yerə ittihamlar da səsləndirib və hələ də davam edir buna. İstifadəçinin daha əvvəl də nəzakətsizlik səbəbi ilə dəfələrlə bloklanmış olduğunu da nəzərə alaraq uyğun addımı atmağınızı xahiş edirəm. Sura Shukurlu (müzakirə) 14:19, 19 fevral 2025 (UTC)Cavabla

@Sura Shukurlu salam. Qeydlərinizə əsasən istifadəçiyə blok tətbiq edilə bilər. Bunu inzinatçı olaraq özünüz icra edə bilərsiniz. Toghrul R (m) 16:05, 19 fevral 2025 (UTC)Cavabla
@Toghrul R, xahiş edirəm uyğun görürsünüzsə üçüncü tərəf olaraq bloku siz tətbiq edəsiniz. Sura Shukurlu (müzakirə) 16:19, 19 fevral 2025 (UTC)Cavabla
@Samral, həqiqətən belə üsluba nə gərək var? Axı bu cür danışıq Vikipediyaya heç nə qatmır, sadəcə əlavə mübahisə yaradır, əsas mövzu da kənarda qalır və insanı haqlı da olsa haqsız vəziyyətə salır. Hörmətlə, Qədir (müzakirə) 16:54, 19 fevral 2025 (UTC)Cavabla
@Toghrul R və @Gadir. İstifadəçi özü də təftişçi seçkisi səhifəsində məhz mən onun əleyhinə səs verəndən sonra “Bəlkə də buna görə fəaliyyətlərində qayda pozuntusuna yol vermiş və ya ümumilikdə icmada problemli fəaliyyətləri ilə tanınan bir çox istifadəçi məni "sevmir". Bu cür istifadəçiləri çıxsaq mən vikidə heç vaxt heç kim ilə ciddi problem yaşamamışam” yazıb. Başa düşmədim, ona olar, mənə yox? Lütfən, ədalətli olun. Orxan Məmmədov məqaləsində bu istifadəçinin necə maraqlı olduğunu 1 ay fasilə ilə baş tutmuş 2 BNS-də hər kəs görüb. Şəhid məsələsindəki hərəkətləri və ardınca da hərəkətsizliyi də hamımıza məlumdur. İstifadəçi O. Məmmədov məsələsindəki marağını heç çəkinmədən indi də SNS-də davam etdirir. samral müzakirə 17:24, 19 fevral 2025 (UTC)Cavabla
@Sura Shukurlu, bizim sizinlə son müzakirəmiz 13 fevralda bitib. Və siz həmin vaxt nə etdiz ən sonda? Mənim yoldaşımı gərəksiz və dəxlisiz yerə müzakirəyə teq etdiz. Mən eyni şeyi sizə qarşı etsəydim çox gözəl bilirik ki, indi mənim ömürlük bloklanmam üçün müzakirə başladarsız. Keçmişdə mən sizə filan sözü demişəm? Həmin vaxt niyə narazılıq etməmisiz? Vikidə nə vaxtdan keçmiş hansısa şeyə görə blok tətbiq edilir? Bəyəm blok cəzadı? Əgər elədirsə onda sizə gərək ömürlük blok tətbiq edilə. Çünki kukla profil işlətmisiz. Buyursun, indi sizin tərəfinizi saxlayan @Toghrul R bəy desin görək kukla profil işlətməyin cəzası nədi? Bu belə. Bəs yaxşı niyə son mübahisəmizdən az qala 1 həftə sonra məndən şikayət etdiz? Səbəbini ikimiz də bilirik. Çünki 1 gün əvvəl sizin təftişçi seçilməyinizin əleyhinə növbəti səs verildi. Belə başa düşürəm ki, məhz bu hal sizi əsəbiləşdirib ki, günlər sonra məndən şikayət etmək qərarına gəlmisiz. samral müzakirə 17:56, 19 fevral 2025 (UTC)Cavabla
@Samral yenə də üslub pozuntusuna yol verirsiniz. "Toghrul bəy desin görək" nədir?! Qeyd edim ki, nəzakət qaydalarını N-ci dəfədir pozursunuz. Daha doğrusu, bu günədək nəzakətsizlik/təhqir edib 17 dəfə blok almısınız. Bu, indiyədək sizə göstərilmiş misli görülməmiş dərəcədə güzəştdir. Bununla bağlı özünüzdə təcili və ciddi formalaşma əldə etməsəniz bu, müddətsiz də təyin edilə bilər.
Mən burada konkret kiminsə tərəfini saxlamıram, müraciətə cavab vermişəm. İstifadəçinin özünün də bunu edəcəyini bildirmişəm, çünki inzibatçıdır. İlk növbədə şərhimi analiz edib düzgün qənaətə gəlməyi tövsiyə edirəm. Bildiyim qədəri ilə istifadəçi ikinci hesabla bağlı məlumat verib, hesabının oğurlandığını bildirib. Əgər kukla hesabdan istifadə edərək işin pozulmasına yönəlmiş ciddi pozuntular təqdim edə bilərsinizsə, buyurun. Toghrul R (m) 18:37, 19 fevral 2025 (UTC)Cavabla
@Toghrul R, başa düşmədim. “Desin, görək” ifadəsində təhqir var? Söyüş var? Mən tay söz tapa bilmirəm vallah. O ki qaldı kukla məsələsinə. Məsələdən o qədər xəbərsizsiniz ki, aidiyyatı olmayan 2 mövzunu qarışdırdız. Mən qətiyyən istifadəçinin ötən həftələrdə hesabında 1-2 saatlıq baş vermiş o hadisəni nəzərdə tutmadım çünki. O hadisəyə istifadəçi özü kifayət qədər açıq aydınlıq gətirmişdi həmin vaxt. 2-3 il əvvəl olub mən dediyim hadisə. Bir şeyi də qeyd edim ki, Orxan Məmmədov məqaləsinin 2-ci BNS-sini məhz siz yekunlaşdırmısız. Və əlbəttə ki, çox şübhəli formada. Hələ Hikmət Hacıyev məsələsi də var. Vaxtı gələndə o məsələni də müzakirə edərik. Təsadüfdü mü, indi də belə narahatsız? Bilmirəm bəlkə də ona görə indi belə üstümə gəlirsiz. Ehtiyac yoxdu vallah. Hər şey açıq aydın ortadadı. Və istifadəçinin mənə qarşı istifafə etdiyi sözlərə hələ də reaksiya verməməkdə və birtərəfli qaydada ancaq mənim üstümə gəlməkdə davam edirsiz. Ümid edirəm bu yazımdakı hansısa cümlədən də hansısa sözləri seçib Nəzakət qaydasını kobudcasına pozmaqda ittiham etmərsiz məni inşallah. samral müzakirə 19:17, 19 fevral 2025 (UTC)Cavabla
@Samral mən bilə bilmərəm siz neçə il əvvəlin müzakirəsindən bəhs edirsiniz. Və 2 il əvvəlki məsələnin bu başlıqla heç bir əlaqəsi yoxdur. Əgər problem görürsünüzsə, ayrıca başlıq açıb fikirlərinizi orada bildirin. Digər tərəfdən, nəzakətsizliyiniz mövzusu ilə açılmış bu başlıq ilə əlaqədar olmayan mövzular üçün də bunu edə bilərsiniz. Təbii ki, tərəfimdən hansısa BNS yekunlaşdırması və ya redaktə də müzakirə səbəbi ola bilər. İstənilən mövzu üzrə müzakirə açmaqda sərbəstsiniz. Toghrul R (m) 19:41, 19 fevral 2025 (UTC)Cavabla
@Samral, nə bir həftə? Saatlar öncə mənə qarşı növbəti dəfə nəzakətsizlik etmisiz və mən də sırf həmin redaktəyə görə buraya müraciət edib uyğun tədbir görülməsini istəmişəm. İndi isə siz yenə eyni üslubda, eyni ittihamlarla davam edir, mənim yazdıqlarımı və faktları öz mənafeyinizə uyğun təhrif edərək icmaya tam başqa şey təqdim edirsiniz. Bütün ittihamlarınız ilə bağlı da açıqlamam olacaq. O qədər əminəm ki, sizə nə hansısa istifadəçinin təhlükəsizliyi, nə də vikipediyanın qaydaları maraqlıdır. Bunları niyə edirsiniz hamısı bəllidir. Misal üçün elə səbəblərdən birini də qeyd edim. Siz mənim məni əsassız yerə ittiham etdiyiniz şəhid məqalələri ilə bağlı böhran vəziyyəti daha da böyüməsin, günahsız uşaqlar daha çox əziyyət çəkməsin deyə BNS-də yerinə yetirdiyim fəaliyyətin acığını çıxmaq istəyirsiniz. Ona görə ki, sizə görə o məqalə bərpa olunmamalı idi, çünki siz o məqaləni “bazarlıq” prinsipi ilə bərpa etdirmək istəyirdiniz. Yazışmalarınız sosial mediada var və əminəm ki, çoxu görüb. Amma heç nə düşündüyünüz kimi irəliləmədi və siz də məndən bunun acığını çıxmağa çalışırsınız. Amma Samral bəy, mənim üçün nə təftişçi, nə də inzibatçı hüququnun xüsusi bir önəmi var, inanın ki, həyatımın heç bir mərhələsində də olmayıb. Ola bilər ki, gələcəkdə inzibatçılıqdan da imtina edim, hətta bəlkə bir gün buranı da tərk edim. Zatən bəzən Vikipediyadakı fəaliyyətimdə yeni bir ağ səhifə açmaq istəyim də olub. Amma unutmayın ki, sizə qardaş, dost deyən insanlar bir gün mütləq onların hiss və acılarından necə istifadə etdiyinizi anlayacaq və sizin əsl xarakterinizi tanıyacaqlar. Siz indi belə ittihamlarınıza davam edib deyirsiniz ki, mən sizin xanımınızı teq etmişəm, amma xeyr, mən heç kimi teq etməmişəm. Mən sadəcə sizin ittihamlarınıza cavab olaraq həmin dövrdə istifadəçiyə dəstək və mövqeyimi bildirmək məqsədilə ilə təqdim etdiyim ulduzu və elə ulduzda yazdığım fikirləri oxuyasız deyə müzakirə səhifəsinə keçid vermişəm. Bundan sizin necə xəbəriniz olmaya bilərdi? Mənə qarşı böhtanlarınız yetmədi, indi də Toğrul bəyə şəxsi hücum edirsiniz. Dəhşətdir. Sura Shukurlu (müzakirə) 19:41, 19 fevral 2025 (UTC)Cavabla
@Toghrul R, ümid edirəm ki, Surə xanımın yuxarıda mənə yazdığı sözlərə, məxsusən də “Amma unutmayın ki, sizə qardaş, dost deyən insanlar bir gün mütləq onların hiss və acılarından necə istifadə etdiyinizi anlayacaq və sizin əsl xarakterinizi tanıyacaqlar.” cümləsinə münasibət bildirəcəksiz. Əgər bu məsələdə tərəfli deyilsizsə, təbii ki. samral müzakirə 19:51, 19 fevral 2025 (UTC)Cavabla
@Sura Shukurlu, o ki qaldı sizin iddialarınıza. Mən bilmirəm siz anda inanırsız ya yox, amma məni tanıyanlar çox gözəl bilir ki, 30 illik ömrümdə heç vaxt yalan danışmamışam. Allah şahiddir ki, sizin həmin BNS fəaliyyətinizə görə sizə qarşı heç bir hərəkət etməmişəm. Əgər mən həmin BNS-ə görə narahat olsaydım, elə o BNS-i yekunlaşdıran @Gadir və ya müzakirəni bağlayan @Vikotalsla prinsip aparardım da. Digər bir məqam, mənim şəhid məqalələrilə problemim olsaydı yoldaşıma kömək etməzdim ki, şəhid məqalələri yaratmasına, bərpa etdirməsinə. Hansı ki, siz də ona təşəkkür etmişdiz bu fəaliyyətinə görə. Amma nə vaxt? İş işdən keçəndən, ara sakitləşəndən sonra. Amma mən sizi heç vaxt sadəcə o qaynar dövrdəki sakitliyinizə görə də ittiham etməmişəm. Bilirsiz niyə? Çünki həmin vaxt kişi inzibatçıların da bir qismi səsini çıxarmadı. Onlar qala-qala mən sizin üstünüzə niyə düşüm ki? Sizin fəaliyyətinizdə məni nə narahat edibsə, təftişçi səsverməsində qeyd etmişəm 1-1. Ola bilər ki, mən bəzən fikirlərimi bir qədər kobud ifadə edirəm. Bu xasiyyətimlə heç də fəxr etmirəm. Onun nəticəsidir ki, bir neçə dəfə buna görə haqlı bloklanmışam, dəfələrlə də mənim bu hərəkətim bəhanə də olub sözsüz ki. Nəysə. Bazarlıq məsələsinə gəldikdə əgər siz o skrinləri tam oxumusuzsa (düzdü paylaşan da tam paylaşmamışdı, özünə sərf edən formada paylaşmışdı, amma hər bir halda) mənim o yazışmalarda yeganə məqsədim o olub ki, özüm də daxil olmaqla Vikipediya istifadəçilərinin, ailələrimizin, yaxınlarımızın, özümüzün (məxsusən Azərbaycanda olanlar) təhqir və təhdid olunması bitsin. Pis hərəkət eləmişəm? Bəlkə həmin vaxt həmkarlarımız təhqir və təhdid olunanda siz və ya əksəriyyət əlini daşın altına qoymuşdu? Amma mən özüm xaricdə olsam da, baxmayaraq ki, ailəm, yaxınlarım Azərbaycandadı, hər cür riski alıb sinəmi irəli verdim. Etdiyimdən də artığını boynuma götürdüm. Hər cür təhqir söyüş şantaj eşitdim. Siz mənim və 4 həmkarımızın məruz qaldığının 1 faizinə tab gətirə bilərdiz? İndi gəlmisiz burda 1-2 skrin oxuyub barəmdə “xaraktersiz” olduğum hökmünü verirsiz? Ayıb deyil? Mən o məqalənin bərpasına qarşı olsaydım gəlib rəy yazardım da. Öz adımla yazmazdım başqa adla yazardım, IP ilə yazardım. Etdim? Etmədim. Mən o məsələni çünki başqa cür həll etdim, bəzi həmkarlar bilir. Mən sizinlə prinsip aparsaydım Orxan Məmmədov məqaləsini SNS edəndə adıvızı çəkərdim. Çəkdim? Nəinki sizin, heç kimin adını çəkmədim. Ona görə geniş şərh yazıb SNS etdim ki, kimsə deməsin ki, “axı bu məqalə 2 dəfə SNS, 2 dəfə də BNS olub, indi niyə yenidən SNS edirsiz?” Hə, bir də yazmısız ki, Toğrul bəyə şəxsi hücuma keçmişəm. Fikir verirsiz qaydaları necə manipuliyasiya edirsiz? Siz güya bilmirsiz şəxsi hücum necə olur? Bunun harası şəxsi hücumdu? Orxan Məmmədov məqaləsini Toğrul bəy yekunlaşdırmayıb? Hikmət Hacıyev məqaləsində də bəzi şübhəli hallar olmamışdı? Yalan danışıram? Şər atıram? Şəxsi hücum edən sizsiz ki, gəlmisiz burda 1-2 natamam skrindən özünüzdə bir təsəvvür yaratmısız və onun üzərindən məni xaraktersizlikdə ittiham edirsiz. Bəs hara getdi Nəzakət qaydaları? Bəs noldu, mən kobud idim? samral müzakirə 20:11, 19 fevral 2025 (UTC)Cavabla
Salam əziz və hörmətli həmkarlarım @Samral bəy və @Sura xanım. Gəlin barışın dost olun. Müzakirəni də burada da yekunlaşdıraq. Hörmətlə, Vikotals (müzakirə) 03:46, 20 fevral 2025 (UTC)Cavabla
@Vikotals, aleykum salam, əziz həmkar. Vallah mən heç kimlə düşmən deyiləm, olmaq fikrim də yoxdu. samral müzakirə 03:49, 20 fevral 2025 (UTC)Cavabla
Sura Shukurlu və Samral, Vikipediya:Şikayət səhifəsi var, ora yaza bilərsiniz. Ortaya qoyulanlara əsasən maraqlı olan hamı da fikir bildirər və qərar verilər. Hörmətlə, Qədir (müzakirə) 20:20, 22 fevral 2025 (UTC)Cavabla

Blok

[vikimətni redaktə et]

Xüsusi:Töhfələr/Vejet53252Bikar müzakirə 17:30, 23 fevral 2025 (UTC)Cavabla

✅Y Blok tətbiq olundu.--Nicat49   müzakirə 19:55, 23 fevral 2025 (UTC)Cavabla

Mümkündürsə istifadəçinin redaktələrini gizlədərdiniz. Həmçinin bu da var. Sofia (müzakirə) 01:09, 24 fevral 2025 (UTC)Cavabla

✅Y Gizlədildi. Hörmətlə, Qədir (müzakirə) 02:56, 24 fevral 2025 (UTC)Cavabla

Gizlədilmə

[vikimətni redaktə et]

IP ünvanı tərəfindən 7 fevralda edilmiş redaktələr gizlədilməyə uyğundur? Sofia (müzakirə) 02:00, 24 fevral 2025 (UTC)Cavabla

Yox. Sadəcə təhqir və böhtan olduğu halda gizlədilə bilər. Hörmətlə, Qədir (müzakirə) 02:58, 24 fevral 2025 (UTC)Cavabla

Blok

[vikimətni redaktə et]

Xüsusi:Töhfələr/88.231.7.65Bikar müzakirə 17:26, 24 fevral 2025 (UTC)Cavabla

✅Y 1 ay müddətinə bloklandı. Hörmətlə, Qədir (müzakirə) 17:32, 24 fevral 2025 (UTC)Cavabla