Vikipediya:İnterfeys inzibatçıları
Bu səhifə Vikipediyanın rəsmi prinsiplərindən biridir. |
Qayda səsvermə nəticəsində qəbul edilmişdir.
- Səsvermə müddəti: 21 may — 5 iyun 2024
- Qüvvədədir: 5 iyun 2024-cü ildən
İnterfeys inzibatçıları (ing. Interface administrators) — JS, CSS və JSON tipli səhifələrdə[1] və MediaViki adlar fəzasında redaktə etmək icazəsi olan istifadəçilər. Onlar JS/CSS səhifələrini redaktə etmək imkanına malik olan yeganə istifadəçi qrupudur.[2] Bu səhifələrdəki kodlar viki redaktorların və oxucuların brauzerləri tərəfindən istifadə olunur və bunlar saytın görünüşünə və səhifələrin davranışına təsir edir. Həmçinin redaktəyə kömək etmək üçün mürəkkəb alətlər (məs. qadcetlər) yaratmaq məqsədilə də istifadə edilə bilər.
Azərbaycanca Vikipediyada hazırda 2 (istifadəçilərin siyahısı) interfeys inzibatçısı var. Əgər onların köməyinə ehtiyacınız varsa, Vikipediya:İnterfeys inzibatçılarına müraciət səhifəsinə baş çəkə bilərsiniz.
Müraciət prosesi
İnterfeys inzibatçıları etibarlı, JS və CSS haqqında ən azı əsas anlayışlara sahib olan və öz hesablarının təhlükəsizliyini necə təmin edəcəyini yaxşı başa düşən istifadəçilər olmalıdır. Vikimedia Fondu bütün interfeys inzibatçılarından iki faktorlu autentifikasiyanı (2FA) aktivləşdirmələrini tələb edir.[3]
- İstifadəçilər hüququ əldə etmək üçün Vikipediya:İnterfeys inzibatçısı namizədləri səhifəsinə müraciət edə bilərlər.
- Müraciət digər istifadəçilərin fikirlərini bildirmələri üçün 48 saat ərzində açıq qalmalıdır.
- Bürokratlar özlərinə bu hüququ verə bilməzlər, proses başqa bir bürokrat tərəfindən icra olunmalıdır.
- Hüquq susmaya görə daimi verilir. Lakin istifadəçinin tələbinə uyğun olaraq müddətli verilə bilər.
- Həmçinin eyni icazələrə malik qlobal interfeys inzibatçısı qrupu var ki, onlar yalnız lokal icazə ilə, yəni yerli bürokratın istifadəçiyə bu icazəni verməsindən sonra bu funksiyanı həyat keçirə bilərlər. Bu icazədən sonra hər hansı bir sui-istifadə halı baş verərsə yerli bürokrat istifadəçiyə Azərbaycanca Vikipediyada qlobal imtiyazlarından istifadəni dayandırmasını tələb edə bilər. İstifadəçi bu tələbə əməl etməlidir, əks halda fəaliyyəti məhdudlaşdırıla bilər.
Hüququn geri alınması
Bürokratlar aşağıdakı şərtləri nəzərə alaraq hüququ geri ala bilərlər:
- İstifadəçi ən az 5 ay ərzində heç bir redaktə etmədikdə və 12 ay ərzində ümumiyyətlə hüquqdan istifadə edilmədikdə;
- istifadəçi özü könüllü şəkildə hüquqdan imtina etdikdə;
- əgər hüquqdan sui-istifadə halı aşkarlanırsa və bu barədə Vikipediya:Bürokratlara müraciət səhifəsində istifadəçilərin səsvermə ilə qəbul etdiyi qərar varsa (nəticələr VP:İBSQ-nin "Kimlər seçici hüququna malikdir?" bəndinə uyğun olaraq hesablanır);
- əgər istifadəçi inzibatçıdırsa və hüquqları geri alınıbsa (etimad səsverməsi ilə).
Botlar
Digər interfeys inzibatçısı hesablarında olduğu kimi, bu icazəyə malik bot hesablarında da 2FA aktiv olmalı və güclü paroldan istifadə edilməlidir.
Texniki icazələr
MediaViki adlar fəzasında iki əsas səhifə növü var : Mesaj səhifələri və sayt konfiqurasiya səhifələri. İnterfeys inzibatçıları bu səhifələri silə, və yaxud dəyişdirə bilərlər. İnterfeys inzibatçısı olmayan inzibatçıların isə əksər mesaj səhifələrini redaktə etmək və silmək kimi hüquqları var. İnterfeys inzibatçısı olmayan inzibatçılar və gizlədənlər digər istifadəçilərin istifadəçi alt səhifəsində olan JS və ya CSS səhifələrini və onların versiyalarını silə və həmçinin silinmiş versiyalara baxa bilərlər. Lakin səhifədəki versiyaları bərpa edə bilməzlər. Həm inzibatçılar, həm də interfeys inzibatçıları JSON tipli səhifələri həm MediaViki ad fəzasında, həm də istifadəçi fəzasında redaktə edə bilərlər.
İcazə | İstifadəçi | İnzibatçı | İnterfeys inzibatçısı |
---|---|---|---|
Baxış | Hə | Hə | Hə |
Yaratmaq | Yox | Yox | Hə |
Redaktə | Yox | Yox | Hə |
Addəyişmə | Yox | Yox | Hə |
Versiyanın silinməsi | Yox | Hə | Hə |
Silmə (MediaViki ad fəzasında) | Yox | Yox | Hə |
Silmə (İstifadəçi ad fəzasında) | Yox | Hə | Hə |
Silinmə tarixçəsinə baxmaq | Yox | Hə | Hə |
Bərpa etmək | Yox | Yox | Hə |
İstifadəçi şablonları
- {{İstifadəçi interfeys inzibatçısı}} — interfeys inzibatçıları üçün istifadəçi qutusu.
- {{İnterfeys inzibatçısı topicon}} — interfeys inzibatçıları üçün üst ikona şablonu.
İnterfeys inzibatçılarının siyahısı
Hazırkı interfeys inzibatçıları
№ | İstifadəçi | İnzibatçıdır? | Başlama tarixi | Fəaliyyət | İcraçı bürokrat |
---|---|---|---|---|---|
1 | Toghrul R (müzakirə • töhfələr • statistikalar) | Hə | 12 fevral 2024[4] | [1] | Turkmen |
2 | Nemoralis (müzakirə • töhfələr • statistikalar) | Hə | 16 iyun 2024[5] | [2] | Turkmen |
Keçmiş interfeys inzibatçıları
Qrafik
Qeydlər
- ↑ MediaViki:Common.js, MediaViki:Vector.css və Xüsusi:Gadgets kimi xüsusi əhəmiyyətli səhifələr və istifadəçilərin alt səhifələri.
- ↑ İnzibatçılar isə JSON və digər MediaViki səhifələrini redaktə edə bilərlər. Həmçinin qeydiyyatdan keçmiş bütün istifadəçilər özlərinin JS/CSS/JSON tipli istifadəçi ad fəzasında olan alt səhifələrini redaktə etmək imkanına malikdirlər.
- ↑ VMF-nın 2FA tələbi — Meta-Viki
- ↑ 12 fevral 2025-ci ilədək. İstifadəçi daha əvvəl də müəyyən tarixlərdə — 7 yanvar 2019 – 7 yanvar 2020, 11 yanvar 2020 – 11 yanvar 2021, 14 yanvar 2021 – 14 yanvar 2022, 24 yanvar 2022 – 24 yanvar 2023, 26 yanvar 2023 – 26 yanvar 2024 — bu hüququ daşıyıb.
- ↑ İstifadəçi daha əvvəl də müəyyən tarixlərdə — 28 avqust 2018 – 28 avqust 2019, 22 dekabr 2018 – 11 yanvar 2021, 4 mart 2021 – 19 fevral 2022, 14 iyun 2023 – 14 iyun 2024 — bu hüququ daşıyıb.
- ↑ Hüquq bürokrat tərəfindən birbaşa geri alınıb.
- ↑ Hüququ özü-özünə verib.
- ↑ Hüququ özü-özündən geri alıb.
- ↑ Hüquq bürokrat tərəfindən birbaşa geri alınıb.
- ↑ Bürokrat tərəfindən birbaşa verilib.
- ↑ Müddət başa çatdığı üçün avtomatik geri alınıb.
- ↑ Müddət başa çatdığı üçün avtomatik geri alınıb.
- ↑ İstifadəçi qlobal inzibatçı olduğu üçün bu hüququ avtomatik daşıyır.
- ↑ Hüquq bürokrat tərəfindən birbaşa verilib.
- ↑ Müddət başa çatdığı üçün avtomatik geri alınıb.
- ↑ Müddət başa çatdığı üçün avtomatik geri alınıb.
- ↑ Müddət başa çatdığı üçün avtomatik geri alınıb.